9 C
Baku
Tuesday, December 24, 2024

Yapon yeni dollara qarşı son 32 ilin ən aşağı həddinə düşüb

Ötən gün Amerika Birləşmiş Ştatlarında inflyasiyanın gözlənildiyindən aha yüksəkdə qalması xəbərindən sonra Yapon yeni ABŞ dolları qarşısında son 32 ilin ən aşağı səviyyəsinə çatıb.

Banker.az xəbər verir ki, yapon valyutası dollara qarşı ucuzlaşaraq 147.40 səviyyəsinə düşdü. (Bakı vaxtı 15:00). Bununla da yen dollara qarşı 2022-ci ilin əvvəlindən bu tərəfə 28.38% dəyər itirmiş olur ki, bu da əsas iqtisadiyyatlar içində ən bərbad gösəticidir.

Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki hökumətin valyutanın volotilliyinə qarşı “lazımi tədbirlər” görəcəyini bildirib.

“Gündoğan” ölkə — Yaponiya milli valyutasını qorumaq üçün son on illərin ən nadir addımını atdı – valyuta bazarına 20 mlrd. dollarlıq intenvesniya etdi (yəni dollar satıb, yen almalı olub).

“Biz spekulyativ hərəkətlərin səbəb olduğu valyuta bazarında həddindən artıq volatilliyə səbr etməyəcəyik.  Biz valyuta hərəkətlərini həsas şəkildə izləyirik”- deyə, Ş.Suzuki Vaşinqtonda G7-nin maliyyə iclasında iştirak etdikdən sonra jurnalistlərə deyib.

Keçən ay Yaponiya Mərkəzi Bankı (Yapon Bankı: BOJ) zəifləyən yenanı dəstəkləmək üçün qlobal valyuta bazarına internevsiya etdi.

Bu addım yen dollara nisbətdə son 24 ilin ən aşağı səviyyəsinə çatdıqdan sonra baş verib ki, bu da Yaponiya hakimiyyətinin 1998-ci ildən bəri valyuta bazarına ilk dəfə müdaxilə etməsidir.

tvc a198c8617d03a796e18af7c158fcc687

Bununla belə, analitiklər xəbərdarlıq ediblər ki, Yaponiyanın faiz dərəcələri ABŞ-dakı faiz dərəcələrindən xeyli aşağı qaldığı müddətcə bu kimi müdaxilələr çox az təsir göstərəcək.

Yapon valyutası, əsasən Yaponiya Bankının ABŞ FED ilə müqayisədə çox fərqli yanaşması səbəbindən son aylarda artan təzyiqə məruz qalıb.

ABŞ-da istehlak qiymətlərinin keçən ay gözləniləndən çox artdığını göstərdi və dünyanın ən böyük iqtisadiyyatında inflyasiya ilə mübarizənin hələ bitmədiyinə işarədir.

Qiymətlərin yüksəlmə sürəti olan inflyasiya illik inflyasiya avqustda 8.3% olduğu halda sentyabrda 8.2% təşkil edib. Əslində bu azalmış kimi görünür, amma FED-in mübarizəsi, faiz artımlarına və birja gözləntilərinə rəğmən yuxarı rəqəm sayılır.

ABŞ-da artan istehlak qiymətləri yaxından izlənilir, çünki Federal Ehtiyat Sisteminin inflyasiyanı soyutma cəhdləri dolların dəyərini, eləcə də qlobal borclanma xərclərini artırır.

Amerikanın mərkəzi bankı dolları investorlar üçün daha cəlbedici edən qiymət artımı ilə mübarizə aparmaq üçün faiz dərəcələrini aqressiv şəkildə artırır. Bunun əksinə olaraq, BOJ dərəcələri çox aşağı saxlayıb. Neqativ zonada faizləri saxlayan yeganə mərkəzi bank kimi qalmaqdadır. Yaponiya ilin əvvəlindən bu günə qədər uçot faiz dərəcəsini mənfi 0.10%-də saxladığı halda digər banklar 3 faiz bəndi aşağısı faizləri qaldırıb.

Dolların qlobal maliyyə bazarlarında möhkəmlənməsi funt və avro da daxil olmaqla, dünyanın digər əsas valyutalarına da təsir edir.

Son xəbərlər
Digər xəbərlər