17 C
Baku
Monday, May 6, 2024

“Günay Sığorta” Azərmaş ilə yenidən məhkəmə çəkişməsindədir

“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyəti “Azərmaş” MMC-ni məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, “Günay Sığorta” mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

Digər cavabdeh isə Nuriyev Nuri İbrahim oğludur. İddia hakim Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq. İşə Nəsimi Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, “Azərmaş” 6 avqust 2016-ci il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir.

Xatırladaq ki, “Günay Sığorta” 1992-ci ildə yaradılıb, nizamnamə kapitalı 9.5 milyon manatdır və qanuni təmsilçisi Kamran Babayevdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər