Aİ-nin Ali Nümayəndəsi bu gün Lüksemburqda keçirilən iclasda Aİ XİN başçılarının Azərbaycan-Ermənistan sərhədinə missiya göndərilməsini təsdiqləyəcəyinə ümid etdiyini deyib.
Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə deyib.
“Bu gün biz Azərbaycan-Ermənsitan sərhədinə missiyamızın göndərilməsini müzakirə edəcəyik. Mən ümid edirəm ki, nazirlər bu missiyanın təyinatını təsdiqləyəcək”, – o bildirib.