2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1510 ədəd minik avtomobilləri istehsal edilib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobillərinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 ədəd və ya 2.7% azalıb.
01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 164 ədəd təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 489 ədəd traktor istehsal edilib. Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 4.1 faiz azalıb. 01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 22 ədəd təşkil edib.