2022-ci ilin yanvar-sentyabr ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 6.9 faiz artaraq 2022-ci il oktyabrın 1-i vəziyyətinə 178 637 olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin 9 ayında 2 568 xarici müəssisə (100% xarici investisiyalı) yaradılıb, 41-i isə ləğv edilib. 01.10.2022-ci il vəziyyətinə statistik vahidlərin sayı isə xarici müəssisələrin sayı 15 753 təşkil edib.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində yeni yaradılmış statistik vahidlərin 99 faizi xüsusi mülkiyyətli (o cümlədən 21.6 faizi tam xarici investisiyalı, 1.7 faizi birgə mülkiyyətli) müəssisələrin payına düşür.