Natiq Ağayevin Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
“Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”- deyə, 17 oktyabr 2022-ci il tarixli sərəncamda deyilir.
Qeyd edək ki, ilin əvvəli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.