9 C
Baku
Friday, December 13, 2024

Gələn ildən Macarıstanda pullu avtobanlardan istifadə haqqı artırılacaq

Macarıstan Texnologiyalar və Sənaye Nazirliyi 2023-cü il yanvarın 1-dən etibarən avtomobil vinyetkaları üçün yeni qiymətlər tətbiq ediləcəyini bildirib.

Bu barədə fərman “Magyar Közlöny” hökumət qəzetinin son nömrəsində dərc edilib. Sənəddə bildirilir ki, D1 kateqoriyalı minik avtomobillərinin pullu avtomobil yollarından istifadə edilməsinə icazə verən 10 günlük stikerin dəyəri əvvəlki 3820 forintdən artırılaraq 5500 forint olacaq. Bu, təqribən 50 faiz artım deməkdir.

Aylıq stikerin dəyəri əvvəlki 5210 forintdən 8900 forintə, illik stikerin dəyəri isə əvvəlki 46.850 forintdən 49.190 forintə çatdırılacaq.

Eyni zamanda, Budapeşt sakinləri Peşt dairəsi hüdudlarında əvvəlki 5450 forint əvəzinə 5720 forint ödəyərək il ərzində bu yollardan istifadə edə biləcəklər.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər