Rusiyanın “Kalininqrad İES 2”-nin qaz hazırlığı məntəqəsində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bu barədə “İnter RAO” enerji holdinqinin nümayəndəsi məlumat yayıb.
Həmçinin o da əlavə olunub ki, hadisə təmir işləri aparılan zaman baş verib.
Həmin məntəqə ehtiyat üçün nəzərdə tutulması səbəbi ilə baş verən qəza enerji təchizatına hər hansı təsir göstərməyib.
“Hadisə yerinə 12 yanğınsöndürmə briqadası cəlb olunub və yanğın lokallaşdırılıb” – deyə əlavə edib.