Azərbaycanda cari ilin 1 sentyabr tarixinə hər iş saatına düşən əmək haqqı orta ölçüdə 5.65 manat olub.
Banker.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi göstəricilərlə hesablamasına görə, iş saatına düşən orta əmək haqqı təqribən 12.85 manat təşkil edib.
Hesablamaya görə, ölkədə iş saatına orta əmək haqqı iqtisadi fəaliyət sahələrindən ən çox mədənçıxarma sənayesi üzrədir. Ötən ilin eyni dövründə iş satına düşən əmək haqqı 22.4 manat olduğu halda, cari ildə bu rəqəm 22.96 manata qalxıb. Lakin bu mədənçıxarmada artım tempi digərlərinə nəzərən çox aşağıdır.
İş saatına görə ən böyük artım dinamikası əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi üzrədir. Ötən illə müqayisədə onların əmək haqqı hər saatına 4.82 manat olmaqla, öncəki ili 32% üstələmiş olub.