14 C
Baku
Sunday, November 24, 2024

Rəşad Aslanov İtaliyaya səfir gedir – SƏRƏNCAM

Rəşad Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

“Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”- deyə, sərəncamda deyilir.

Digər sərəncamla, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağrılıb.

Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2012-ci il tarixli sərəncamı ilə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Argentinada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Daha sonra Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 27 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Boliviyada olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Bir müddət sonra isə Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanın Uruqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Paraqvayda olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Daha sonra Rəşad Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2017-ci il tarixli sərəncamı ilə Azərbaycanın Çilidə olan fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

Son xəbərlər
Digər xəbərlər