2022-ci il oktyabr ayının 1-nə respublika üzrə uçotda olan 1.388.382 vergi ödəyicisinin 87.5%-i fiziki şəxslər, 12.5%-i hüquqi şəxslər və digər təşkilatlar olub.
Banker.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6.6%, o cümlədən fiziki şəxslərin sayı 6.3% (ümumi artımın 83.2%-i), hüquqi şəxslərin sayı isə 9.2% (ümumi artımın 16.8%-i) artıb.