12 C
Baku
Monday, November 25, 2024

ABŞ strateji ehtiyatlardan 15 mln. barel nefti satışa çıxaracaq

“OPEC+”un gündəlik neft hasilatını azaltmaq qərarına cavab olaraq, ABŞ Energetika Nazirliyi ölkənin strateji ehtiyatından 15 milyon barel nefti satışa çıxaracaq.

“Bayden açıqlayacaq ki, ABŞ hökuməti neftin qiyməti bir barel üçün 67-72 dollardan aşağı olanda strateji ehtiyatı artıracaq”, – deyə “Associated Press” agentliyi məlumat yayıb.

Ağ Ev qeyd edib ki, qarşıdan gələn satış “prezidentin yazda elan etdiyi 180 milyon barellik tarixi buraxılışını tamamlayır”. Onun nümayəndələri həmçinin enerji bazarına sabitliyi pozan amillərin təsir edəcəyi halda, qışda resursun əlavə satışını da istisna etməyiblər.

ABŞ-ın hazırkı prezidentinin administrasiyasının oxşar siyasəti ölkənin strateji ehtiyatlarının həcminin 1984-cü ildən bəri ən aşağı səviyyəyə enməsinə gətirib çıxarıb. Oktyabrın 5-də “OPEC+” ölkələri gündəlik neft hasilatının 2 milyon barel azaldılmasını təsdiqləyiblər və bu, ABŞ-ın kəskin mənfi reaksiyasına səbəb olub.

Son xəbərlər
Digər xəbərlər