Azərbaycana 2022-ci ilin ilk səkkiz ayında idxal olunmuş bananın qiyməti öncəki illə müqayisədə ucuz başa gəlib. Bu barədə Banker.az-ın rəsmi statistika rəqəmlərinə istinadən xəbər verir.
Qeyd edilir ki, ilin ilk səkkiz ayında Azərbaycana xaricdən 37.63 min ton həcmində banan idxal edilib. Bunun da idxal dəyəri $26.9 milyondur.
İdxal həcmi miqdarla ifadədə ötən ilin eyni dövründən 9% artıb.
Bananın bir kiloqramının orta dəyəri 2022-ci ilin yanvar-avqsut aylarında 71 sent (1.21 manat) olub. Bu öncəki ildə 72 sent idi.
Banın 99%-i Cənubi Amerika ölkəsi Ekvadordan idxal edilir.
Qeyd edək ki, banan Ekvadorun ixracının üçüncü ən böyük valyuta gətirən məhsuldur. 2021-ci il ərzində ölkə xaricə $3.5 mlrd.-lıq banan ixrac edib.
YERLİ BAZARDA QİYMƏT
Dövlət Statistika Komitəsinin məlumatına görə, yerli bazarda banının bir kiloqramı sentyabrda 2.57 manat təşkil edib. Bu da öncəki aydan 6.5% bahadır. Belə ki, avqusta qiymətlər 2.41 manat/kq təşkil edirdi.