Qırğızıstanda əhalinin sayı 7 milyon nəfərə çatıb. Bu barədə çərşənbə günü respublika hökuməti məlumat yayıb.
Nazirlər Kabinetinin rəsmi saytında əhalinin sayı barədə yerləşdirilən video çarxda “Qırğızıstan – 7 000 000” rəqəmi yazılıb.
Bir müddət öncə respublikanın Milli Statistika Komitəsi 2022-ci il oktyabrın 20-dək Qırğızıstanın yeddi milyonuncu sakininin dünyaya gələcəyi barədə proqnozunu yayımlamışdı.
Qeyd edək ki, son yeddi ildə Qırğızıstanın əhalisi bir milyon nəfər artıb. 2015-ci ildə respublikada əhalinin sayı altı milyon nəfər təşkil edirdi.