11 C
Baku
Monday, November 25, 2024

Azərbaycan xaricdən ən çox hansı ərzaqları alır? – TOP10

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xaricdən ümumilikdə 10 milyard 293 milyon dollar dəyərində mal idxal edib ki, bunun da 15.7%-i, yəni 1 milyard 614 milyon dolları yeyinti məhsullarının idxalına sərf olunub.

Banker.az Dövlət Gömrük Komitəsinin hesabatına əsasən ən çox idxal olunmuş yeyinti məhsullarının siyahısını təqdim edir:

Siyahıda 1-ci yerdə 744 200 ton olmaqla buğda, 259 057 ton olmaqla meyvə-tərəvəz, 112 913 ton olmaqla isə bitki və heyvan mənşəli piylər və yağlar təşkil edir. Digər yerlərdə düyü, qarğıdalı, ət, kərə yağı, çay, süd, arpa yer tutur.

Yeyinti məhsulları Miqdar, ton Statistik dəyər,min ABŞ dolları
Buğda 744 200.35 262 066.40
Meyvə-tərəvəz 259 057.49 164 611.98
Bitki və heyvan mənşəli piylər və yağlar 112 913.08 198 316.09
Düyü 43 042.79 36 388.96
 Qarğıdalı 57 903.93 19 970.59
 Ət 28 919.26 51 921.91
Kərə yağı və süddən hazırlanmış digər yağlar 14 026.95 80 960.57
Çay 10 827.36 55 409.36
Süd  7 382.02 12 982.17
 Arpa     873.60      371.18

 

Son xəbərlər
Digər xəbərlər