Ukrayna müharibəsi səbəbindən qərbin sanksiyaları fonunda Rusiya bazarında qalan beynəlxalq brendlərin sayı açıqlanıb.
“NF Group” analitiklərinin hesablamalarına görə, 17 beynəlxalq brend Rusiyada işləmək üçün qalıb. Beynəlxalq brendləri 15-i Rusiyadan tamamilə gedib, 180-dən çoxu isə fəaliyyətini dayandırıb.
Qeyd edək ki, “L’Occitane”, “OBI”, “Reserved”, “House”, “Cropp”, “Mohito” və “Sinsay” kimi beynəlxalq brendlər yeni ad altında Rusiya bazarında yenidən fəaliyyətə başlayıblar.