Ukrayna prezidenti Vladimir Zelenski ölkədə üç enerji obyektinin dağıdıldığını bildirib.
Bu barədə o,“Telegram” kanalında yazıb.
“İnfrastruktura yeni ziyan dəyib. Üç enerji obyekti dağıdılıb”, – deyə bildirilib.
Zelenski bu gün vətəndaşlardan elektrik istehlakını mümkün qədər azaltmağı xahiş edib.
Bundan əvvəl Ukrayna prezidentinin aparatının rəhbərinin müavini Kirilo Timoşenko bildirib ki, cümə axşamı saat 7:00-dan 23:00-dək ölkənin bütün regionlarında elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq. Şəhərlərdə küçə işıqlarından istifadə də məhdudlaşdırılacaq.