6 C
Baku
Sunday, December 15, 2024

“Azərbaycan Sənaye Bankı”nın kredit faizlərindən gəliri azalıb

“Azərsun Holdinq” MMC-yə yaxın olan “Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) öncəki ildəki kimi kreditlərdən gəlir əldə edə bilmir və bu onun ümumi faiz gəlirlərinə təsirli ötüşür.

Banker.az bankın 2022-ci ilin ilk üç rübü üzrə maliyyə nəticələrinə istinadən xəbər verir ki, bankın faiz gəlirləri cəmi  18.29 milyon manat olub.

Bu da 2021-ci ilin ilk üç rübündə 20.92 mln. manat olmasını nəzərə alsaq, illik müqayisədə 2.63 mln. manat, yaxud 13% azalmadır. Faiz gəlirlərinin  10.22 mln. manatı müştərilərdən cəlb edilən kreditlər üzrə faiz gəlirinin, 8.06 mln. manatı isə banklardakı depozitlərindən əldə etdiyi faiz gəlirləridir.

ASB Bank-ın faiz gəlirləri düşdüyü kimi, faiz xərcləri də 27% azalaraq hesabat müddətində 8.21 mln. manat təşkil edib. Faiz gəlirlərində isə azalmanın əsas drayveri depozitlər üzrə faiz xərclərinin 39% azalma ilə 5.9 mln. manata enməsdir. Məlumdur bu da. Çünki Bankın müştərilərin depozitləri azalır, son rüblük hesabatlar təsdiqləyir ki bu portfel eniş terendindədir.

Bank qeyri-faiz gəlirlərini 79% artımla 7.46 mln. manata, qeyri-faiz xərcləri isə 19% artım ilə 13.33 mln. manata yüksəlib. Amma burada digər diqqət çəkən məqam bankın əməkhaqqı və digər kompensasiya xərclərinin 3% azalaraq 3.33 mln. manata düşməsidir.

Hesabatda qeyd edilir ki, kommersiya bankının əməliyyat mənfəəti 4.16 mln. manat təşkil edib. Qeyd edildiyi kimi xalis faiz gəlirləri və qeyri-faiz gəlirlərinin yüksəlməsi burada əsas rola sahibdir.

Bundan əlavə bankın 1.29 mln. manatlıq problemli aktivlərindən daxil olmadan sonra onun mənfəəti 5.43 mln. manat təşkil edib. Buradan da 1.09 mln. manat mənfəət vergisi ödədikdən sonra 4.33 mln. manat xalis mənfəət əldə edib.

32334334

Son xəbərlər
Digər xəbərlər