Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstana səfər edə bilər.
Bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentin “nazir saatı” formatında çıxışı zamanı bildirib.
Bundan başqa, XİN başçısının sözlərinə görə, Gürcüstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının işinin yenilənməsi aktiv şəkildə müzakirə olunur və yüksək səviyyəli səfərlər üzrə danışıqlar aparılır.