İstehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında, “Camal LTD” şirkətinə məxsus dondurma məhsulu, “Food Fish” MMC-yə məxsus dəniz məhsulu “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Banker.az Agentliyə istinadən xəbər verir ki, məhv edilmiş dondurmanın ümumi çəkisi 1150 kq, dəniz məhsulunun çəkisi isə 1460 kq təşkil edib.