Avropa İttifaqı (Aİ) İranın dron istehsalçısı olan “Shahed Aviation Industries” şirkətinə qarşı sanksiyalar tətbiq edib, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
Bildirilir ki, bu barədə “Aİ-nin rəsmi jurnalı”nda dərc olunan Aİ Şurasının İranla bağlı qərarında deyilir.
Daha əvvəl Aİ, Brüsselin məlumatına görə, İran PUA-larının tədarükünə cavabdeh olan üç şəxsə və bir təşkilata qarşı sanksiyalar barədə razılığa gəlib. Məhdudiyyətlərir oktyabrın 20-də günortadan sonra qüvvəyə minəcəyi gözlənilir.