16 C
Baku
Wednesday, May 15, 2024

“Bugatti” dünyada ilk olan karbon ağıllı saat təqdim edib

“Bugatti” şirkəti karbon lifindən hazırlanan ilk ağıllı saatını təqdim edib. Qeyd edək ki, “Bugatti Carbone Limited Edition” saatı Avstriyanın “VIITA Watches” ilə birgə yaradılıb. Karbon lifli korpusda olan bu saat suya qarşı davamlıdır.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Aksesuar standart sensorlar (pedometr, yuxu izləmə və ürək döyüntüsünün monitorinqi), eləcə də akselerometr və giroskop alıb. Cihaz 540 mAh tutumlu batareya ilə 15 günə qədər işləyə bilir.

10

“Bugatti Carbone Limited Edition” saatı iki versiyada təqdim olunur – silikon və silikon-neylon bilərzikli. Yeniliyin qiyməti 2.5 min avro təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər