ABŞ Dövlət Departamenti Yaponiyaya 450 milyon dollarlıq “SM-6 Block I” zenit raketlərinin mümkün satışını təsdiqləyib.
Bu barədə cümə axşamı ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyindən bildirilib.
Məlumata əsasən,Dövtlə Departamenti Yaponiya hakimiyyətinıə təxminən 450 milyon dollar dəyərində “SM-6 Block I” raketləri və müvafiq avadanlıqların satışını təsdiqləyib.
“Sözügedən satış Asiya-Sakit okean regionunda siyasi sabitliyin və iqtisadi inkişafın təşviqində mühüm rol oynayan əsas müttəfiqin təhlükəsizliyini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə uyğun olacaq”, – deyə açıqlamada deyilir.