14 C
Baku
Saturday, November 23, 2024

Aİ sammiti Avropa Komissiyasından qaz istehlakının normalaşdırılmasına icazə verməməyi tələb edib

Avropa İttifaqının 27 üzv dövlətinin liderləri enerji böhranı ilə mübarizə üzrə Avropa Komissiyasının (AK) təklif etdiyi yeni tədbirlər paketini təsdiq edə bilməyiblər, lakin bunun üzərində işləmək üçün “strateji göstərişlər” veriblər.

Bu barədə cümə günü Ai Sammitinin yekun bəyanatnda deyilir.

“Avropa Şurası Aİ Şurasını və Avropa Komissiyasını təcili olaraq əlavə enerji tədbirləri, eləcə də Avropa Komissiyasının daha əvvəl irəli sürdüyü təkliflər, o cümlədən onların mövcud enerji müqavilələrinə təsirinin qiymətləndirilməsi və Aİ ölkələrinin enerji balanslarının fərqli şərtlərini nəzərə alaraq konkret tədbirlər toplusunu təqdim etməyə çağırıb.”, – deyə bəyanatda deyilir.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen mətbuat konfransında öz növbəsində bildirib ki, 27 Aİ ölkəsinin liderləri yeni tədbirlər paketi üzərində işləmək üçün “strateji göstərişlər veriblər”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər