Azərbaycan cari ildə tütün yığımın ixracını artırsa da, daxildə onun istehsalı azalıb.
Banker.az xəbər verir ki, Azərbaycan cari ilin ilk səkkiz ayında 2 665 ton həcmində tütün yarpağı yığılıb.
Bu da illik müqayisədə 32% azdır.
Azərbaycanda tütün yarpağının yığımındakı azalma ən çox elə ən çox tütün yığılan Şəki-Zaqatala iqtisadi rayonunda müşahidə edilib. İqtisadi rayon ərazisində 2 549 ton tütün yarpağı yığılmış, bunun da 2 216 tondan çoxu Şəki rayonunda yığılıb.
Şəki rayonunda tütün yığımı ötən ilin ilk səkkiz ayında 3 386 ton həcmində tütün yarpağı yığılmışdı.
İXRAC YÜKSƏLİB
2022-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycandan xaricə 4 232 ton həcmində tütün məhsulu ixrac edib ki, bunun da dəyəri 13.26 milyon dollardır.
İxrac miqdarı illik müqayisədə 2 dəfədən çox yüksəlib.
İxrac edilmiş tütün məhsuldarından 2 803 tonu (10.44 mln. dolları) orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün olub. Bu məhsulun həcmi illik müqayisədə 3 dəfə çoxalıb.
Azərbaycan tütünü bu ölkələrə satıb:
Ölkə | Miqdar, ton | Həcm, min $ |
Belarus | 2480.01 | 9495.64 |
Türkiyə | 200 | 596.8 |
Gürcüstan | 41.57 | 385.58 |
Rusiya | 118.08 | 332.11 |