9 C
Baku
Thursday, December 12, 2024

Britaniyada Baş nazir postuna ilk namizəd bilinib

Penni Mordaunt Böyük Britaniya Baş naziri postuna namizədliyini irəli sürüb.

Bununla da o, liderlik iddiasını elan edən ilk şəxs olub.

“Mən Mühafizəkarlar Partiyasının lideri və Baş nazir olmaq üçün namizədəm – ölkəmizi birləşdirmək, vədlərimizi yerinə yetirmək və növbəti seçkini qazanmaq üçün”, – o, “Twitter“də yazıb.

Penni Mordaunt hazırda İcmalar Palatasının rəhbəri vəzifəsini daşıyır. O, 2021-2022-ci illər arasında Beynəlxalq Ticarət Departamentində dövlət naziri olub.

Qeyd edək ki, keçmiş Baş nazir Boris Consonun namizəd olmağı ilə bağlı kabinetdə bəzi nazirlər tərəfindən təkliflər irəli sürülsə də, hələ ki bu barədə ondan açıqlama gəlməyib.

Son xəbərlər
Digər xəbərlər