Ukrayna BMT və Avropa İttifaqını Xerson vilayətinin Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan hissəsində Kaxovka su elektrik stansiyasına beynəlxalq monitorinq missiyası təşkil etməyə çağırır.
Bu barədə ölkənin baş naziri Denis Şmıqal bildirib.
“Volodimir Zelenski bildirib ki, biz Rusiya qoşunlarının Xerson vilayəti ərazisində növbəti terror aktı törətməyə hazırlığını müşahidə edirik. Məsələ burasındadır ki, onlar Kaxovskaya SES-in bəndini və aqreqatlarını minalayıblar. Buna görə də biz BMT, Aİ və digər təşkilatlara müraciət edirik ki, Kaxovka SES-də beynəlxalq monitorinq missiyası təşkil etsinlər. Beynəlxalq mütəxəssislər Ukrayna personalı ilə birlikdə dərhal stansiyaya gəlməlidirlər”, – Şmıqal hökumətin iclasında bildirib.