26 C
Baku
Tuesday, April 30, 2024

Yeni Zelandiyada məmurlara mürəkkəb ifadələrdən istifadə etmək qadağan edilib

Yeni Zelandiya parlamenti məmurlara vətəndaşlarla ünsiyyətdə mürəkkəb sözlərdən və yüksək ixtisaslaşdırılmış terminlərdən istifadə etməyi qadağan edən qanunu qəbul edib.

Bu barədə “The Guardian” məlumat yayıb.

Sadə dil sayəsində hakimiyyətin mesajlarının miqrantlar, təhsili və intellekti aşağı olan insanlar tərəfindən daha yaxşı başa düşüləcəyi gözlənilir.

“Yeni Zelandiyada yaşayan insanlar hökumətin onlardan nə tələb etdiyini və hüquqlarının nə olduğunu anlamalıdırlar”- qanun layihəsinin təşəbbüskarı Reyçel Boyak bildirib.

Müxalifət “sadə dil qanunu”nu tənqid edib və hakimiyyətə gəldikdən sonra onu ləğv edəcəyinə söz verib. Siyasətçilər hesab edirlər ki, bu, daha da bürokratiyaya səbəb olacaq – onlar məmurları izləməli və onların ünsiyyətini təhlil etməli olacaqlar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər