7 C
Baku
Thursday, December 12, 2024

Fransa İranı nüvə sazişi ilə bağlı xəbərdarlıq edib

“İran nüvə sazişi ilə bağlı ona əvvəllər təklif olunanlardan daha yaxşı şərtlər gözləməməlidir”.

Bunu Fransanın xarici işlər naziri Katrin Kolonna bəyan edib.

“Çox uzun sürən danışıqlar nəticəsində nüvə proqramı ilə bağlı təkliflər İran tərəfinə verilib. Danışıqlar masasında daha yaxşı layihənin olmayacağı açıq-aydın bildirilsə də, İran hələ də onları qəbul etməyib. Ona görə də qərar Tehranın üzərinə düşür və təklif olunanı qəbul etməlidir” – deyə, o bildirib.

O qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron ötən ay Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb. Nazirin sözlərinə görə, bu görüş Tehranın dünya ictimaiyyətinin təkliflərini qəbul etməyə hazır olmadığını göstərib.

Son xəbərlər
Digər xəbərlər