Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin 88 yaşayış məntəqəsini azad edib.
Bu barədə “Cənub” əməliyyat komandanlığından məlumat verilib.
“Müdafiə qüvvələri 12 minə yaxın insanın yaşadığı 88 yaşayış məntəqəsini azad edib”, – deyə məlumatda bildirilib.
Qeyd olunur ki, işğaldan azad edilmiş məntəqələr arasında Novodmitrovka, Kostırka, Çereşnevoe, Novonikolaevka, Novopetrovka, Blakitnoe kəndləri də var.