Dünyada təsdiqlənmiş koronavirus infeksiyasına yoluxma hallarının sayı 630 milyonu keçib.
Bu barədə dünya ölkələrinin koronavirusa yoluxma üzrə qurumlarının ümumi statistikasına istinadən xəbər verir.
Koronavirus pandemiyasının başlanmasından bu günədək dünyada COVID-19-a 632 672 843 yoluxma qeydə alınıb. Eyni zamanda təhlükəli infeksiyanın aşkarlandığı 6 582 222 insan koronavirusdan ölüb. Bununla yanaşı, ümumiləşmiş məlumatlara görə, pandemiya ərzində 611 453 108 insan koronavirusdan sağalıb.
Pandemiya ərzində dünyada koronavirusa ən çox yoluxma ABŞ-da (99 062 879), Hindistanda (44 641 906), Fransada (36 568 351), Almaniyada (35 172 693), Braziliyada (34 828 916) və digər ölkələrdə qeydə alınıb.
Dünyada koronavirusdan ən çox ölüm ABŞ-da qeydə alınıb – 1 092 793. Siyahıda ikinci yerdə Braziliya (687 665 ölüm), üçüncü yerdə Hindistan (528 957), dördüncü sırada Rusiya (389 449) qərarlaşıb.
Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusun yayılmasını pandemiya elan edib.