2 C
Baku
Saturday, December 14, 2024

SOCAR 2022-ci ilin 3-cü rübü üzrə göstəricilərini açıqladı

2022-ci ilin yanvar-sentyabr ayları ərzində SOCAR-ın istismar etdiyi yataqlarda 2 milyon tona2 yaxın neft, 2 milyard kubmetrdən3 artıq qaz hasil edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə SOCAR-ın qaz hasilatı 1,3 % artıb.

Bu barədə Banker.az-a SOCAR-dan bildirilir.

Şirkətin istismar etdiyi neft yataqlarında hasilat səviyyəsinin nisbətən stabil saxlanılması istiqamətində kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.

2022-ci ilin üçüncü rübündə ölkə üzrə 8 milyon tondan4 artıq neft, 11 milyard kubmetrə5 yaxın qaz hasil edilib.

“Cari ilin 3-cü rübündə SOCAR-ın ixrac göstəriciləri də qənaətbəxş olub”- deyə, Dövlət Neft Şirkətindən bildirilir.

SOCAR tərəfindən ixrac edilən neftin həcmi 7,4% artaraq 4,8 milyon ton6 təşkil edib.

Bildirilir ki, SOCAR öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən neft həcmlərini də ixrac edib.

Ölkə üzrə ixrac olunan təbii qaz həcmləri 16% artaraq, 5,2 milyard kubmetr7 olub. SOCAR tərəfindən Gürcüstan bazarına isə 174 milyon kubmetr8 təbii qaz ixrac olunub. Qonşu ölkəyə ixrac edilən qaz həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə 56,8 faiz artıb.

Hesabat dövründə ölkə daxilində 2,5 milyard kubmetr9 qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% çoxdur. Ölkə üzrə qazlaşdırma səviyyəsinin yüksəlməsi qaz istehlakının artımını şərtləndirib.

Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton10 neft, 898 milyon kubmetr11 qaz emal edilib. Qaz emalı ötən ilin analoji dövrü ilə müqayisədə 10,6% artıb.

Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 591 min tona12 yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

118 129 metr

21 959 602 ton

32 027 948 000 m3

48 012 969 ton

510 980 746 000 m3

64 783 168 ton

75 154 684 000 m3

8173 916 000 m3

92 536 376 000 m3

101 755 250 ton

11898 110 000 m3

12590 827 ton

Son xəbərlər
Digər xəbərlər