10 C
Baku
Thursday, December 12, 2024

Leobank ABB ilə tərəfdaşlıq çərçivəsində “ƏDV geri al” xidmətini istifadəyə verib

®Leobank xidmət sahəsini genişləndirməkdədir. Bu dəfə bank müştərilərinə məşhur maliyyə xidmətlərindən birini təqdim edir.

Leobank, ABB ilə tərəfdaşlıq çərçivəsində “ƏDV geri al” xidmətini mobil tətbiqə əlavə edərək, bütün müştərilərinin istifadəsinə verib. Beləliklə, artıq Leobank müştəriləri ƏDV-nin geri qaytarılması üçün tətbiqdə sözügedən xidmətdən istifadə edə bilərlər. Bunun üçün müştərilər Leobank tətbiqi üzərindən ABB-nin müvafiq xidmətinin səhifəsinə daxil olaraq qeydiyyatdan keçə və ya artıq mövcud hesablarına daxil olaraq xidmətdən yararlana bilərlər. Qeyd edək ki, alış-veriş qəbzlərindən toplanmış məbləğlər mövcud hesaba toplanır və ƏDV-dən qazanılmış məbləğlərin birbaşa Leobank kartına köçürülməsi mümkündür.

“ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə nöqtələrində əldə edilmiş məhsullara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır.

Leobank-ın təmas mərkəzinə istənilən mesencer vasitəsilə yazaraq və ya *7773 telefon nömrəsinə zəng edərək bu və digər xidmətlər barədə ətraflı məlumat əldə etmək olar. Həmçinin www.leobank.az internet səhifəsindən əsas  məlumatları tapmaq mümkündür.

Son xəbərlər
Digər xəbərlər