21 C
Baku
Saturday, September 28, 2024

Türkiyə “Taxıl sazişi”nin müddətinin uzadılmasını təklif edir

Planetin qida böhranının qarşısını almaq üçün, Türkiyənin də vasitəçiliyi ilə yaradılmış taxıl dəhlizinə dair razılaşmanın müddəti 19 noyabrda bitəcək.

Türkiyənin müdafiə naziri Hulusi Akar Türkiyə Prezidentinin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin taxıl dəhlizinə dair sualına cavabında deyib.

O həmçinin vurğulayıb ki, Türkiyə bu dəhlizin yaranmasında və fəaliyyətində böyük rola malikdir.

Akar həmçinin, İstanbulda fəaliyyət göstərən Müştərək Koordinasiya Mərkəzi barədə fikir bildirib: “İstanbulda fəaliyyət göstərən Müştərək Koordinasiya Mərkəzində çalışan dostlarımız çox gərgin şəkildə çalışırlar. Ukrayna taxılının daşınması üçün 7 gün 24 saat çalışırıq. İlk vaxtlardan bizim məqsədimiz bəllidir. Qida böhranının qarşısını almaq, dünyada ac insanın qalmaması, siyasi stabilliyin pozulmaması üçün çalışırıq. Türkiyə təbii ki, “Taxıl sazişi”nin müddətinin uzadılmasının tərəfdarıdır. Biz hətta Rusiya limanlarında olan taxılın da daşınması üçün hansı işlərin görülə biləcəyini də araşdırırıq”, – Akar əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər