Avropa İttifaqının energetika nazirləri noyabrın 24-də enerji böhranı ilə mübarizə üçün Brüsseldə fövqəladə iclas keçirəcəklər.
Bunu Avropa İttifaqına sədrlik edən Çex respublikasının sənaye və ticarət naziri Jozef Sikela bildirib.
“Energetika nazirləri Aİ Enerji Şurasının 4-cü növbədənkənar iclasını keçirəcəklər. Nazirlər fövqəladə antiböhran tədbirləri paketini təsdiqləmək üçün noyabrın 24-də Brüsseldə görüşəcəklər”-deyə, o bildirib.
Bu paketə Aİ ölkələrində təbii qazın mübadilə qiymətləri üçün dinamik qiymət dəhlizinin yaradılması, maye qazın istehlakının 15%-ə qədəri səviyyəsində birgə alış mexanizminin işə salınması nəzərdə tutulur.