“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Xezer Construction” MMC ilə 58 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nabatat Bağı”nın abadlaşdırılması işlərinin satınalınmasının 2-ci elanı nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 57 999 906 manatdır.
Onu da qeyd edək ki, “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı”nın abadlaşdırılması işləri üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün Feniks-AA” MMC-yə 580 300 manat ayrılmışdır.
Xatırladaq ki, Sərəncamla Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25 milyon manat ayrılıb.