12 C
Baku
Monday, November 25, 2024

İndoneziya varlılar üçün xüsusi viza tətbiq edir

G20 sammitinin keçirildiyi Balidə varlı əcnəbilər üçün yeni vizanın təqdimatı olub.

Bu barədə İndoneziya İmmiqrasiya Baş İdarəsindən məlumat verilib.

İdarənin rəsmisi Vidodo Ekatyahyana təqdimat zamanı bildirib ki, “ikinci ev vizası” adlanan sənəd əcnəbilərə İndoneziya iqtisadiyyatına töhfə verməklə 5-10 il ərzində ölkədə qalmağa imkan verəcək.

O, aydınlaşdırıb ki, yeni vizanın potensial sahiblər dünyanın hər yerində, xüsusən də İndoneziyada investisiya fəaliyyəti həyata keçirə bilən iş adamlarıdır.

Viza üçün ərizə İmmiqrasiya Departamentinin veb saytı vasitəsilə təqdim edilə bilər. Bunun üçün ərizəyə hesabda 131 min dolların olmasını təsdiq edən sənəd əlavə etmək və qeydiyyat üçün 200 dollar ödəmək lazımdır.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər