İtaliyada Baş nazir Ciorcia Meloninin rəhbərliyi ilə qurulan yeni, 68-ci hökumət parlamentin hər iki palatasının etimadını qazanıb.
Ötən gün parlamentin aşağı palatası olan Deputatlar Palatası yeni hökumətə etimad göstərib. Hökumət üzvləri oktyabrın 26-da parlamentin yuxarı palatası olan Senata müraciət edib, etimad səsverməsi keçirilib.
İki yüz yerlik Senatda 199 senatorun iştirakı ilə keçirilən səsvermədə 115 nəfər Meloni hökumətinin lehinə, 79-u əleyhinə səs verib, 5 nəfər isə bitərəf qalıb.
Bununla da İtaliyada yeni hökumət rəsmi olaraq vəzifələrin icrasına başlayıb.