11 C
Baku
Tuesday, November 26, 2024

Zelenski: “İran PUA-larının 70%-i vurulub”

Rusiya ordusu Ukrayna ərazisində İranın 400-ə yaxın kamikadze PUA-sını istifadə edib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Artıq 400-ə yaxın İranın pilotsuz uçuş aparatı Ukraynanın mülki əhalisinə qarşı istifadə olunub. Buna baxmayaraq, mən hərbçilərimizə minnətdaram ki, onların 60-70%-i vurulub. Bu pis nəticə deyil, lakin İran PUA-larının hücumlarına görə yaxınlarını itirən hər kəsə başsağlığı verirəm”, – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, Rusiya Ukrayna müharibəsində İran istehsalı PUA-lardan istifadə etsə də, Tehran israrla bunu təkzib etməyə çalışır.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər