16 C
Baku
Friday, October 18, 2024

Türkiyə şirkəti Azərbaycandan 36 milyon manatlıq sifariş aldı

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “Özgün İnşaat Taahhüt Sanayi ve Ticaret Ltd. Şti” ilə 36.4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Boz-Təpə kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmasının və layihə sənədlərinin hazırlanması” (I mərhələ) nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 36 369 654 manatdır.

Qeyd edək ki, KRK Holdinqin lokomotiv şirkəti olan Özgün İnşaat 1993-cü ildə yaradılıb. O, tunel, nəqliyyat, infrastruktur, üst quruluş və mədənçıxarma – enerji sahələrində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər