Pentaqon Kiyevə silah da daxil olmaqla 275 milyon dollarlıq yeni yardım paketi verəcək.
Bu barədə ABŞ administrasiyasındakı mənbələrə istinadən AP məlumat yayıb.
Bildirilir ki, Ukraynaya yeni yardım paketinə iri silah sistemləri daxil olmayacaq. Bu tranş əsasən HIMARS MLRS üçün də daxil olmaqla, sursat ehtiyatlarının artırılmasına yönəlib. Mərmilər Pentaqonun anbarlarından veriləcək.
Ehtimal olunur ki, Kiyevə yeni hərbi yardım paketi rəsmi olaraq oktyabrın 28-də elan olunacaq.