2022-ci ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri artıb.
Bu barədə Banker.az-a Fonddan məlumat verilib.
Məlumata əsasən, ilk 9 ayda Fondun xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 230.4 mln. manat və ya 6.3% artıb.
Bildirilir ki, xərclərin 96.8%-ni əhaliyə ödənişlər təşkil edib.