Şimali İrlandiyada müxtəlif siyasi qüvvələr hökuməti vaxtında formalaşdıra bilmədikləri üçün yaxın aylarda ölkədə Assambleyaya (yerli parlamentə) növbədənkənar seçkilər keçirilməlidir.
Qanunla altı ay ərzində hökumət qurmağın qeyri-mümkün olması Britaniyanın Şimali İrlandiya üzrə naziri Kris Hiton-Harrisi 12 həftə ərzində Assambleyaya növbədənkənar seçkilər elan etməyə məcbur edir.
Qeyd edək ki, mayın 5-də keçirilən ölkədəki son parlament seçkilərində Şimali İrlandiyanın Böyük Britaniyadan ayrılmasını və İrlandiya ilə birləşməsini müdafiə edən “Şinn Feyn” partiyası tarixdə ilk dəfə qalib gəlib.