Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.6-cı maddəsinə əsasən növbədənkənar ümumi yığıncağın çağırılması səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə “Bakı Nəqliyyat-10” ASC-nin icra orqanına ünvanlanmışdır.
Banker.az-ın məlumatına görə, cəmiyyətin İdarə heyətinin Sədri Qasımov Vidadi Vaqif oğlu öz öhdəliklərini icra etməmiş və qanunvericilik tələbini pozmuşdur.
Bununla bağlı olaraq bildiririk ki, “Bakı Nəqliyyat-10” ASC-nin təkrar növbədənkənar ümumi yığıncağının 28 noyabr 2022-ci il tarixində saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, 8 km qəsəbəsi, Çobanzadə 2403 ünvanında keçiriləcəkdir.
Gündəliyə daxil olan məsələlərə Qasımov Vidadi Vaqif oğlunun “Bakı Nəqliyyat-10” ASC-nin İdarə heyətinin Sədri vəzifəsindən azad edilməsi və Rüstəmli Orxan Rafael oğlunun “Bakı Nəqliyyat-10” ASC-nin İdarə heyətinin Sədri vəzifəsinə təyin edilməsi daxildir.