18 C
Baku
Sunday, May 12, 2024

Bankın Şamaxıdakı daşınmaz əmlakı hərraca çıxarılır

16 noyabr 2022-ci il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AG Bank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır. 

Daşınmaz əmlak Şamaxı şəhəri, N. Nərimanov küçəsində istifadədə olan 0,024 ha torpaq sahəsində yerləşən (ü/s 465,5 kv.m) qeyri-yaşayış binasıdır. 

Daşınmaz əmlakın ilkin satış qiyməti 104000 manatdır. 

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləridir. Ünvan Bakı şəh., Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası)

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər