10 C
Baku
Thursday, November 28, 2024

Elektron ödənişdən ƏDV tutulmalıdırmı? -AÇIQLAMA

“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ölkə hüdudlarından kənarda vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında iş və xidmət alınması hesab olunmur və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Eyni zamanda, Vergi Məcəlləsinə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda, ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycandakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Son xəbərlər
Digər xəbərlər