18 C
Baku
Friday, November 22, 2024

İndoneziya OPEC tipli strukturun yaradılması imkanlarını araşdırır

İndoneziya nikel və akkumulyatorlarda istifadə edilən digər faydalı qazıntılar üçün OPEC tipli strukturun yaradılması imkanlarını araşdırır.

Bu barədə İndoneziyanın investisiya naziri Bahlil Lahadalia oktyabrın 31-də “Financial Times” qəzetinə müsahibəsində bəyan edib.

“Neftlə ticarətin idarə edilməsi üçün OPEC-in yaradılmasını məqsədəuyğun hesab edirəm, çünki bu, həm potensial investorlara, həm də istehlakçılara nəticələri qabaqcadan görmək imkanı yaradır. İndoneziya nikel, kobalt və marqans daxil olmaqla bizim faydalı qazıntıları idarə etmək üçün müvafiq strukturun yaradılması imkanlarını araşdırır”, – deyə siyasətçi bildirib.

Nazir əlavə edib ki, Cakarta gələcək təşkilatın strukturu üzərində işi davam etdirir və hələlik nikael hasil edən digər ölkələrə belə bir təkliflə müraciət etməyib.

Nəşrin bildirdiyinə görə, hazırda dünya üzrə nikelin dörddə biri İndoneziyada hasil edilir və bu ölkə həmin metalın hasilatı üzrə liderdir. Bununla yanaşı, Rusiya, Kanada və Avstraliya da həmin metalın hasilatında mühüm mövqeyə malikdirlər.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər