14 C
Baku
Saturday, November 23, 2024

Avropada qazın qiyməti 4%-ə yaxın ucuzlaşıb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 400 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

Banker.az xəbər verir ki, 31 oktyabr tarixində noyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 382.2 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3.6% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Digər xəbərlər