Çexiyanın Baş naziri Petr Fiala Ukraynaya səfər edib.
Çexiya hökumət başçısı bu barədə “Twitter”də bildirib.
“Bu səhər də Rusiyanın raket hücumlarına məruz qalmış Kiyevdəyik. Ukraynalı dostlarımızla danışıqlar aparacağıq. İnanıram ki, bu danışıqların konkret nəticələri olacaq.
Ukraynalılar təkcə öz ölkələri üçün deyil, bütün Avropa üçün mübarizə aparır. Bizim onlara dəstəyimiz davam etməlidir”, – Baş nazir vurğulayıb.