Avrozonanın 19 ölkəsində illik inflyasiya ötən ilki 9.9%-dən rekord 10.7%-ə yüksəlib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“DailyFX” analitiklərinə görə, mütəxəssislər illik inflyasiyanın 10.2% səviyyəsində olacağını gözləyiblər. Beləliklə, inflyasiya səviyyəsi yenidən gözləntiləri aşıb.
Xatırladaq ki, ötən ildə Avrozonada inflyasiya səviyyəsi 4.1% səviyyəsində olub. Təkcə oktyabr ayında istehlak qiymətləri 1.5% artıb.
Ən yüksək inflyasiya Estoniya (22.4%), Latviya (21.8%) və Litvada (22%), ən aşağı isə Fransada (7.1%), İspaniyada (7.3%) və Maltada (7.5%) qeydə alınıb.